UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
13 Dekabr 2025, 08:37
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
1055
30.04.2025, 16:58
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb
“Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində idmanın inkişafına növbəti dəfə töhfə verib. Şirkətin baş sponsorluğu ilə qadınlardan ibarət “DH Volley” adlı voleybol klubu yaradılıb. “DH İdman” MMC-nin təsis etdiyi bu klub 2025/2026 mövsümündə Azərbaycan Çempionatının Yüksək Liqasında və ölkə kuboku yarışlarında iştirak edəcək.
Bu münasibətlə 29 aprel 2025-ci ildə “DH Volley” klubunun məşqçi və oyunçuları ilə klub rəhbəri Şərəf Yalçın arasında müqavilələrin imzalanması mərasimi keçirilib. Şərəf Yalçın mətbuat konfransında çıxışı zamanı bildirib ki, “DH Volley” Klubu yalnız yeni mövsümə start vermir, güclü və iddialı heyətlə yeni bir dövrə qədəm qoyur: “2025-ci il mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyətimizi həm Azərbaycan milli komanda üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla “DH Volley” olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubumuzun əsas vizyonu, qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə “DH Volley”i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”. Şərəf Yalçın klubun qurulmasında göstərdiyi dəstəyə görə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırova təşəkkür edib.
“DH Volley” klubunun baş məşqçisi müxtəlif mükafatlara layiq görülmüş peşəkar voleybolçu Fərid Cəlalovdur. Komandanın heyətinə peşəkar qadın voleybolçular kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva daxildir.
“Azərlotereya” ASC gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Məqsəd ölkəmizdə idmanın kütləviliyinə nail olmaq, futbol, basketbol və voleybol idman növlərində peşəkar idmanın inkişafıdır. Şirkətin “Misli” brendi Azərbaycan voleybolunun inkişafını dəstəkləmək məqsədilə 2024-cü ildə Azərbaycan Voleybol Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “DH Volley” klubunun yaradılması bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
Həmçinin oxuyun
“DH Volley” klubu haqqında
Baş məşqçi Fərid Cəlalov
Fərid Cəlilov 8 il Azərbaycan kişi milli voleybol komandasının baş məşqçisi olub. 4 il qadın “İqtisadçı” voleybol komandalarında məşqçilik edib. Keçmiş milli voleybolçu, eyni zamanda milli komandanın kapitanı olub.
- 2017 – 4-cü İslam Oyunları Gümüş Medal
- 2018 – Türk Dünyası Universiadası Qızıl Medal
- 2017/2018 – Challenge Cup 1/8 Lokomotiv Men Volleyball
- 2021/2022 – Challenge Cup 1/8 Murov VC Men
- 2016–2023 – mövsümlərdə ardıcıl ölkə çempionluğu və kubok qalibiyyəti
Köməkçi məşqçi Vusal Rüstəmov
Milli voleybolçu 2018-ci illərdə İslam Oyunlarında çempion olub. 2016-ci illərdə məşqçi olub. Vusal Rüstəmov 2023-cü illərdə kişilərdən ibarət milli yığmada baş məşqçi köməkçisi işləyib. 2024/2025 mövsümündə komandanın kapitanı olub. “Azərreyl” klubu ilə liqa çempionu olub. 2022-ci ildə İslam Oyunlarında Qadın Milli Komandası 3-cü olub.
OYUNÇULAR
Aynur İmanova
“Azərreyl” klubunda 10 il oynamış və komandanın kapitanı olmuş milli oyunçumuz 2024/2025 mövsümündə çempion olub. 2006-cı ildən etibarən milli komandada forma geyinən Aynur 2006 və 2018 “FIVB” Dünya Çempionatları ilə yanaşı, 6 Avropa çempionatında heyətdə olub. Həmçinin, 9 Azərbaycan Kuboku çempionluğu və 5 Liqa Kuboku çempionluğu qazanıb.
Katerina Jidkova
Milli voleybolçu 9 il Azərbaycan klublarında mübarizə aparıb. Təcrübəli oyunçu Ukrayna, Rumıniya, Türkiyə, İtaliya, Macarıstan, İndoneziya və Vyetnam ölkələrində forma geyinib. 2024/2025 mövsümündə “Abşeron” komandasının kapitanı olan oyunçumuz ölkə kubokunda çempion olub, liqanı 2-ci yerdə tamamlayıb. Milli komandalarla “FIVB” Dünya Çempionatı, “CEV Cup”, İslam Oyunları, “CEV Volleyball European League” kimi müxtəlif turnirlərdə iştirak edib.
Ceyran İmanova
“Azərreyl” voleybol klubunda 4 çempionluq yaşayan milli oyunçu 2024/2025 mövsümündə yenə çempion olub. 6 il milli komandada yer alan Ceyran 2014-cü ildə Dünya Çempionatı seçmə mərhələlərinə qatılıb, 2017-ci ildə İslam Oyunlarında qızıl medal qazanıb.
Nilufər Ağazadə
2024/2025 mövsümündə “Azərreyl” klubunda çempion olan milli oyunçumuz “CEV Challenge Cup” turnirində də oynayıb. İki ildir Azərbaycan milli komandasında yer alan Nilufər Avropa çempionatında da iştirak edib.
Raziyə Əliyeva
Beş ildir milli komandada yer alan oyunçumuz liqada son üç mövsümdə “Azərreyl” klubunda çempion olub.
12:16 / 13 Dekabr 2025
21
12:08 / 13 Dekabr 2025
24
11:44 / 13 Dekabr 2025
33
11:30 / 13 Dekabr 2025
48
11:09 / 13 Dekabr 2025
573
11:07 / 13 Dekabr 2025
253
10:25 / 13 Dekabr 2025
785
09:15 / 13 Dekabr 2025
749
09:06 / 13 Dekabr 2025
341
08:45 / 13 Dekabr 2025
118
08:37 / 13 Dekabr 2025
140
00:28 / 13 Dekabr 2025
138
00:14 / 13 Dekabr 2025
1055
00:01 / 13 Dekabr 2025
694
23:20 / 12 Dekabr 2025
624
23:12 / 12 Dekabr 2025
109
22:41 / 12 Dekabr 2025
13692
22:05 / 12 Dekabr 2025
146
21:58 / 12 Dekabr 2025
2913
21:45 / 12 Dekabr 2025
135
19:31 / 12 Dekabr 2025
1139
19:20 / 12 Dekabr 2025
2251
19:04 / 12 Dekabr 2025
1325
19:02 / 12 Dekabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.